×
A
A
A
Sazlamalar

Gömrükçülər pirotexniki vasitələr aşkarlayıb

Bakı, 11 dekabr, AZƏRTAC

Gömrükçülər pirotexniki vasitələr aşkarlayıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Vaz 21063” markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.
Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin sol tərəfinin ön və arxa qapılarından, ön tərəfin sağ və sol qanadlarının altından üzərində “Zenga” yazısı olan 1140 ədəd pirotexniki vasitə aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2018-12-11 14:33:00