×
A
A
A
Sazlamalar

Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələnib

Bakı, 11 dekabr, AZƏRTAC 

Polis orqanları yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 10-da nazirliyin Baş İctimai Təhlükəsizlik, Xəzər və Yasamal Rayon Polis idarələrinin əməkdaşları həmin rayonlarda birgə tədbirlər təşkil ediblər.
Reydlər nəticəsində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində və Yasamal rayonunun Landau küçəsindəki köşklərdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkarlanıb. Həmin köşklərin 4 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokollar tərtib olunub. Satıcıların hər biri 100 manat cərimə olunublar.
Reydlər davam etdirilir.

 

Hadisə 2018-12-11 11:29:00