×
A
A
A
Sazlamalar

Əfqanıstanda kamikadze minalanmış avtomobillə hərbi karvana hücum edib

Bakı, 11 dekabr, AZƏRTAC

Kabil şəhəri yaxınlığında terrorçu-kamikadze minalanmış avtomobillə hərbi karvana hücum edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hücum nəticəsində Əfqanıstan kəşfiyyat xidmətinin azı 4 əməkdaşı həlak olub, 6 nəfər isə yaralanıb. Hadisə paytaxt əyalətinin Paqman bələdiyyəsinin ərazisində baş verib.
Hələlik ölkədə fəaliyyət göstərən heç bir qruplaşma hücumun məsuliyyətini üzərinə götürməyib.

Dünya 2018-12-11 11:22:00