×
A
A
A
Sazlamalar

ABŞ KXDR-in 3 rəhbər şəxsinə sanksiyaların tətbiqinə başlayıb

Bakı, 11 dekabr, AZƏRTAC

ABŞ Koreya Xalq Demokratik Respublikasının (KXDR) 3 rəhbər şəxsinə sanksiya tətbiq etməyə başlayıb.
AZƏRTAC xəbər verir ki, sanksiyaların tətbiqinə səbəb ABŞ-ın söz azadlığına dəstəyini, senzura sisteminə və insan hüquqlarının pozulmasına qarşı mövqeyini nümayiş etdirməkdir.
Bildirilir ki, sanksiya tətbiq olunanlardan biri KXDR-də ikinci nüfuzlu şəxs hesab olunan Çoe Ryonq-hedir. O, Koreya Fəhlə Partiyasının təşkilatı məsələlər departamentinin rəhbəri kimi ölkədə senzura və siyasi məsələlərə cavabdeh şəxsdir.
Digər iki şəxs dövlət təhlükəsizlik naziri Conq Kyonq-tek və partiyanın təbliğat və təşviqat departamentinin rəhbəri Pak Kvan-hodur.
Sanksiyalar həmin şəxslərin ABŞ-dakı əmlaklarını və digər maddi varlıqlarını dondurmaqla yanaşı, onların Birləşmiş Ştatlar ərazisində hər hansı maliyyə əməliyyatı aparmasını qadağan edir.

 

Dünya 2018-12-11 07:56:00