Gürcüstanda üç dövlət məmuruna hücum edilib
Tbilisi, 10 dekabr, AZƏRTAC
Gürcüstanın Ədliyyə Nazirliyinin probasiya xidmətinin yüksək vəzifəli şəxsləri və sabiq nazir müavininə silahlı hücum olub.
AZƏRTAC xəbər verir ki, Tsxneti bölgəsindəki “Tsikvili” restoranında naməlum şəxs ədliyyə nazirinin sabiq müavini Zviad Mixanaşviliyə soyuq silahla bir neçə zərbə vurub.
Münaqişə zamanı Ədliyyə Nazirliyinin probasiya xidməti rəisinin müavini İrakli Çitanava və daha bir yüksək vəzifəli şəxs xəsarət alıb.
Hər üç şəxs xəstəxanaya yerləşdirilib. Sabiq nazir müavininin vəziyyəti orta ağırdır.
İlkin ehtimallara görə, cinayəti keçmiş məhbuslar törədiblər.
Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı araşdırma aparır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub
Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb
Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb
Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib
ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır