Stokholmda Nobel mükafatı laureatlarının təltif edilməsi mərasimi olub
Stokholm, 10 dekabr, AZƏRTAC
Dekabrın 10-da İsveçin və Norveçin paytaxtlarında Nobel mükafatı laureatlarının təltif olunması mərasimləri keçirilib.
AZƏRTAC xəbər verir ki, Stokholm və Oslo şəhərlərində keçirilən mərasimlər 1896-cı il dekabrın 10-da vəfat edən Alfred Nobelin xatirəsini anma günündə baş tutub. Məhz Alfred Nobelin vəsiyyətinə uyğun olaraq hər il sülh mükafatından başqa bütün mükafatlar Stokholmda təqdim edilir. Nobel sülh mükafatı isə həmin gün Norveçin paytaxtı Osloda laureata təqdim olunur.
İsveç paytaxtında keçirilən tədbirdə fizika, kimya, fiziologiya, təbabət və iqtisadiyyat sahələrində laureatlara mükafatlar verilib. İsveç Kralı ХVI Karl Qustav Nobel mükafatı laureatlarına üzərində Nobelin təsvir olunduğu qızıl medal, diplom və 9 milyon İsveç kronu pul mükafatı təqdim edib. Mükafatlandırma mərasimində bütün laureatlara çıxış etmək imkanı da yaradılıb.
Sonda Nobel mükafatı laureatları və qonaqlar üçün rəsmi bayram ziyafəti verilib.
Qeyd edək ki, 2018-ci ildə ümumilikdə 12 nəfər Nobel mükafatı laureatı olub.
Ədəbiyyat üzrə Nobel mükafatının 2019-cu ildə veriləcəyi bildirilir.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır