Ermənistan müxalifəti seçkilərlə bağlı sərt bəyanat yayıb
Bakı, 10 dekabr, AZƏRTAC
Ermənistanda növbədənkənar parlament seçkiləri məzmun etibarilə demokratiyadan çox uzaq keçib. Bu təsbit Ermənistan Respublika Partiyasının seçkiqabağı qərargahının səsvermənin yekunlarına dair bəyanatında yer alıb.
AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, bəyanatda qeyd olunub: “Seçkilər fərqli düşüncəyə dözümsüzlük, namizədlərə və onların tərəfdarlarına, yerli özünüidarəetmə orqanlarına kobud təzyiqlər və inzibati resurslardan görünməmiş miqyasda istifadə etməklə ksenofobiyanın təbliği şəraitində keçirilib”.
Partiyanın bəyanatında xatırladılıb ki, ölkədə parlament üsul-idarəsinə keçidin başlıca məqsədi cəmiyyətdə fərqli mövqedən çıxış edənlərlə həmrəylik şəraitinin yaradılması olub. “Lakin təəssüflə qeyd etmək lazımdır ki, seçkiqabağı kampaniya müxtəlif təbəqələr arasında dərin uçurum yaradıb. Bununla belə, seçkilərdən əvvəl bizim qaldırdığımız məsələlər - yeni hökumətin xarici siyasəti, müdafiə və təhlükəsizlik sahələrində strategiyası bizdə narahatlıq doğurur və erməni xalqının gələcəyi də bu amillərdən asılıdır”, -deyə bəyanat müəllifləri vurğulayıb.
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır