×
A
A
A
Sazlamalar

Hindistan nüvə başlığı daşıya bilən ballistik raketi sınaqdan keçirib

Bakı, 10 dekabr, AZƏRTAC

Hindistan nüvə başlığı daşıya bilən “Agni-V” qitələrarası ballistik raketin növbəti sınaqlarını keçirib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, sınaqlar dekabrın 10-da səhər saatlarında ölkənin şərqində yerləşən Odişa ştatının Abdul Kalam adasındakı poliqonda baş tutub. Bu, “Agni-V” raketlərinin ümumilikdə 7-ci sınağıdır. Raketin dəyəri 2,5 milyard rupi (480 milyon dollar) məbləğində qiymətləndirilir.
Qeyd edək ki, “Agni-V” ballistik raketin ilk sınaqları 2012-ci il aprelin 19-da baş tutmuşdu. Üçpilləli qitələrarası “Agni-V” 5-8 kilometr məsafədəki hədəfləri vurmağa qadirdir.
Hazırda Hindistan, həmçinin 10 min kilometrədək uzaqlığa malik və sualtı qayıqdan buraxıla bilən “Agni-6” raketinin hazırlanması üzərində iş aparır.

Dünya 2018-12-10 17:52:00