×
A
A
A
Sazlamalar

Latviya və Polşa BMT-nin miqrasiya paktını imzalamaqdan imtina ediblər

Riqa, 10 dekabr, AZƏRTAC

Dekabrın 10-da BMT-nin Mərakeşdə keçirilən iclasında qurumun yeni miqrasiya paktı qəbul edilib. Bu iclasda bir sıra ölkələr, o cümlədən Polşa və Latviya sənədə imza atmayıblar.
AZƏRTAC xəbər verir ki, İsrail, ABŞ, İsveçrə, Avstraliya, Avstriya, Bolqarıstan, Xorvatiya, Çexiya, Estoniya və Macarıstan da sazişdən imtina ediblər.
Saziş miqrasiyanın bütün səviyyələrdə idarə edilməsinin bundan sonrakı inkişafının əsasını təmin edir, qlobal miqrasiyanın koordinasiyasına, miqrant və qaçqınların hüquqlarının möhkəmlənməsinə yönəldilib.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa

Dünya 2018-12-10 17:27:00