×
A
A
A
Sazlamalar

İranda beş tondan çox narkotik vasitə müsadirə olunub

Tehran, 10 dekabr, AZƏRTAC

İranın Sistan-Bəlucistan bölgəsində həyata keçirilən əməliyyat zamanı 5,4 ton narkotik vasitə müsadirə edilib.
AZƏRTAC bölgənin valisi Məhəmməd Qənbəriyə istinadən xəbər verir ki, əməliyyat zamanı narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan dörd qruplaşma zərərsizləşdirilib. Son 10 gün ərzində həyata keçirilən əməliyyat zamanı silahlı dəstələr də müəyyən edilib. Həbs olunanlar var. Hazırda istintaq aparılır.
M. Qənbəri qeyd edib ki, ABŞ-ın Əfqanıstana müdaxiləsindən sonra bu ölkədə narkotik vasitələrin istehsalı artıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Dünya 2018-12-10 16:59:00