×
A
A
A
Sazlamalar

Oljas Suleymenov Qazaxıstanda Mədəniyyətlərin Yaxınlaşması Mərkəzinin direktoru təyin edilib

Astanı, 10 dekabr, AZƏRTAC

Görkəmli qazax yazıçısı Oljas Suleymenov Qazaxıstanda Mədəniyyətlərin Yaxınlaşması Mərkəzinin direktoru təyin edilib.
AZƏRTAC xəbər verir ki, Almatı şəhərində fəaliyyət göstərən qurum fəaliyyətini, dünyanın hər yerindən alimlərlə əməkdaşlığa və mənəvi zəfərlərin, fikir ayrılıqlarının mənbələrini izah etməyə yönəldib. Milli özünüdərk və cəmiyyəti müharibələrdən qurtarmaqda yardım göstərmək və mədəniyyətin inkişafına xidmət etmək də Mərkəzin əsas vəzifələrindən sayılır.
Qurumun yeni rəhbəri mədəniyyətlərin yaxınlaşmasında, ilk növbədə, tarixi kökləri öyrənməyi, o cümlədən bilik mübadiləsinin aparılmasının vacibliyini bildirib.
Almatı şəhərində 2016-cı ildən fəaliyyət göstərən Mərkəz urbanizasiya və köçərilik, türk xalqlarının mənəvi, dini və mifoloji irsi, habelə Mərkəzi Asiya ölkələrinin mədəni milli irsinin qorunması, tarixi-mədəni abidələrinin UNESCO-nun dünya irsi siyahısına daxil edilməsi kimi məsələlərin tədqiqi və həll yollarını nəzərdə tutur.

 

İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Dünya 2018-12-10 15:59:00