×
A
A
A
Sazlamalar

Rumıniyada son 10 gündə səkkiz zəlzələ qeydə alınıb

Buzau, 10 dekabr, AZƏRTAC

Rumıniyanın Buzau rayonunda Rixter cədvəli üzrə 3,8 bal gücündə zəlzələ olub. Zəlzələnin episentri Nexoyu şəhəri yaxınlığında 145 kilometr dərinlikdə qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu, son 10 gündə Rumıniyada baş verən səkkizinci zəlzələdir.
Qeyd edək ki, 2018-ci ilin ən güclü zəlzələsi oktyabrın 28-də Buzau rayonunda (5,8 bal) baş verib.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buzau

Dünya 2018-12-10 12:26:00