×
A
A
A
Sazlamalar

Kuala Lumpurda arzulayanlar Santa Klausun kirşəsində bayram süfrəsinə qonaq ola bilərlər

Tokio, 10 dekabr, AZƏRTAC 

Malayziyanın paytaxtı Kuala Lumpurda Santa Klusun uçan kirşəsi şəkilində quraşdırılmış qeyri-adi restoranda ziyarətçilərə xüsusi milad menyusu təqdim olunur.
AZƏRTAC xəbər verir ki, bu qeyri-adi restoran dekabrın 31-dək fəaliyyət göstərəcək. Maral fiqurlarının qoşulduğu kirşə formalı restoran xüsusi kranlar vasitəsilə 45 metr hündürlüyə qaldırılır.
Restoranın qonaqları burada dadlı yeməklər yeyərək Kuala Lumpurun gecə mənzərəsindən də zövq ala bilərlər.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2018-12-10 03:47:00