×
A
A
A
Sazlamalar

Çində torpaq sürüşməsində 3 nəfər ölüb, bir neçə adam dağıntılar altında qalıb

Pekin, 10 dekabr, AZƏRTAC

Çinin Siçuan vilayətində yaşayış məntəqəsində baş verən sürüşmə nəticəsində 3 ev dağılıb.
AZƏRTAC xəbər verir ki, Suyon dairəsinin Fenşuy qəsəbəsində baş verən hadisədən sonra dağıntılar altından 8 nəfər çıxarılıb. Onlardan üçü aldıqları xəsarətlərdən xəstəxanaya aparılarkən keçinib, digər 5 nəfər isə reanimasiyaya yerləşdirilib.
Yerli hakimiyyət orqanları dağıntılar altında bir neçə adamın qaldığını güman edir. Hazırda hadisə yerində 600 nəfərə yaxın xilasedici axtarış işləri aparır.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2018-12-10 07:15:00