×
A
A
A
Sazlamalar

Çində zəncirvari avtomobil qəzasında ölənlərin sayı 8 nəfərə çatıb

Pekin, 9 dekabr, AZƏRTAC

Çinin Xunan vilayətində 23 avtomobilin bir-biri ilə toqquşması nəticəsində ölənlərin sayı 8 nəfərə yüksəlib.
AZƏRTAC xəbər verir ki, Erenhot-Qunacou avtomagistralının İyan şəhərindən keçən hissəsində baş verən qəzaya səbəb kimi yağış nəticəsində yolun sürüşkən olması və gözlə görmə məsafəsinin azlığı göstərilir. Qəza nəticəsində yaralanan 11 nəfərin vəziyyəti qənaətbəxşdir.
Qəza səbəbindən avtomagistralda hərəkət bir neçə saat dayandırılıb.

 

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2018-12-09 19:03:00