×
A
A
A
Sazlamalar

Paris prefekturasının daxili sənədinin sosial şəbəkələrdə yayılması ilə bağlı təhqiqat başlayıb

Paris, 9 dekabr, AZƏRTAC 

Fransada yanacaq vergisinin artırılması ilə əlaqədar etiraz aksiyası zamanı zorakılığın qarşısının alınması üçün Paris polis prefekturasının tərtib etdiyi daxili inzibati sənəd sosial şəbəkələrdə yayılıb.
AZƏRTAC xəbər verir ki, Paris prokurorluğu bununla bağlı təhqiqat işi başlayıb. İki min polisə göndərilən sənədin əlavəsində verilən, Parisə gəlməsi qadağan edilmiş şəxslərin ad və soyadlarından ibarət siyahının sosial şəbəkələrdə yayılması rəsmiləri daha çox narahat edib. Daxili işlər naziri Kristofer Kastaner sözügedən sənədin sosial şəbəkələrdə yayılmasını pisləyərək bununla bağlı inzibati təhqiqat aparılmasını tələb edib.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Dünya 2018-12-09 12:07:00