×
A
A
A
Sazlamalar

Azərbaycan-Slavyan gənclərinin birinci forumu keçiriləcək

Bakı, 9 dekabr, AZƏRTAC 

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası gələn il daha bir layihə həyata keçirəcək.
Assosiasiyanın sədri Səbuhi Abbasov AZƏRTAC-a bildirib ki, layihə çərçivəsində Gənclər Fondunun dəstəyi ilə Bakıda Azərbaycan-Slavyan gənclərinin birinci forumu təşkil ediləcək.
Qeyd olunub ki, gələn ilin fevralında keçiriləcək forumda 18 ölkənin təmsilçiləri, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edəcəklər. S.Abbasov forumun ölkəmizin dünyada təbliğinə töhfə verəcəyinə inandığını bildirib.

Sosial 2018-12-09 10:37:00