×
A
A
A
Sazlamalar

Tacikistanda dördəm uşaqlar doğulub

Düşənbə, 9 dekabr, AZƏRTAC

Tacikistanın Dağ-Bədəxşan muxtar vilayətində Muxdidjon Şukrixudonun və Mexrangezi Salamatşonun ailəsində dördəm uşaqlar doğulub.
AZƏRTAC Tacikistan mətbuatına istinadla xəbər verir ki, körpələrin ikisi qız, ikisi isə oğlandır. Onlara Abubakr, Umar, Fatima və Zuxra adları qoyulub.
Bu, ilin əvvəlindən Tacikistanda dördəm uşaqların dünyaya gəldiyi üçüncü hadisədir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə

Dünya 2018-12-09 01:17:00