×
A
A
A
Sazlamalar

Polşanın siyasi lideri avroya konvertasiya olunmanın əleyhinədir

Varşava, 8 dekabr, AZƏRTAC

Polşada hakim “Hüquq və ədalət” Partiyasının lideri Yaroslav Kaçinski ölkəsinin Avropa İttifaqının vahid valyutasından – avrodan istifadə etməsinin əleyhinə çıxış edib.
AZƏRTAC xəbər verir ki, onun fikrincə, əgər polyaklar Qərbi Avropa ölkələrinin həyat səviyyəsinə can atırlarsa, onda zlotın saxlanılması beynəlxalq maliyyə böhranları dövründə onları qoruyacaq.
2004-cü ildən Aİ-nin üzvü olan Polşa avroya keçməyə birmənalı baxmır. O bildirir ki, avroya keçid, ilk növbədə, bütün zəruri meyarlara cavab verməlidir.
Qeyd edək ki, hazırda Avropanın 19 ölkəsi avrodan istifadə edir.

 

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri
Varşava

Dünya 2018-12-08 17:08:00