×
A
A
A
Sazlamalar

Brüsseldə “sarı jiletlilər”lə polis arasında toqquşma baş verib

Bakı, 8 dekabr, AZƏRTAC

Brüsseldə “sarı jiletlilər”in etiraz aksiyası ilə bağlı vəziyyət kəskinləşib. Etirazçılar paytaxtın mərkəzində yerləşən və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qorunan hökumət müəssisələrinin yerləşdiyi rayona – “neytral zona”ya daxil olmağa cəhd göstəriblər.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, iğtişaşların gedişində 100-dən çox fəal saxlanılıb.
Polislə etirazçıların ilk toqquşması Avropa İttifaqı idarələrinin yaxınlığındakı Montuaye küçəsində baş verib. Polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz işlədib.
Hazırda şəhərin digər rayonlarında etiraz aksiyaları davam edir.

 

Dünya 2018-12-08 17:44:00