Fransada böhran iclası çağırılıb
Paris, 8 dekabr, AZƏRTAC
Fransada yanacaq vergisinin artırılmasına etiraz edən aksiyaçılar prezident sarayını hədəfə alsalar da, polis onlara mane olub və gözyaşardıcı qazdan istifadə edib.
AZƏRTAC xəbər verir ki, ölkədə vəziyyətin getdikcə daha da gərginləşdiyini nəzərə alaraq baş nazir E.Filipin və daxili işlər naziri K.Kastanerin iştirakı ilə böhran iclası çağırılıb.
Paris ətrafındakı qəsəbələrdən, eləcə də ölkənin əyalətlərindən gələn aksiyaçılar paytaxt ətrafındakı dairəvi yolları bağlamağa cəhd ediblər.
Aksiyaçıların polis və texnika ilə barrikadaya alınmış küçələri keçmək cəhdlərinin qarşısı alınıb. Yelisey çölləri prospekti ətrafındakı kiçik küçələrdə aksiyaçıların polis tərəfindən mühasirəyə alınaraq saxlanılması vəziyyəti daha da gərginləşdirir. Aksiyaçılar dövlət himnini oxuyur və “Makron, istefa” şüarlarını səsləndirirlər. Ölkə prezidentinin etiraz aksiyası qarşısında susmasından narazılıq bildirilib.
Dindirilən aksiyaçıların sayı 492-yə çatıb ki, onlardan 211- i müvəqqəti saxlama məntəqələrinə yerləşdirilib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb
Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb
Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub
Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb
Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib