×
A
A
A
Sazlamalar

BMT-nin Baş Assambleyası ABŞ-ın təqdim etdiyi qətnaməyə səs vermədi

Tehran, 8 dekabr AZƏRTAC

BMT-nin Baş Assambleyası ABŞ-ın təqdim etdiyi qətnaməyə səs verməyərək HƏMASI-ı terror təşkilatı kimi tanımadı.
AZƏRTAC xəbər verir ki, bu gün səhər saatlarında ABŞ-ın BMT nümayəndəsi Nikki Heyli BMT-nin Baş Assambleyasına qətnamə layihəsi təqdim edib. Layihədə fələstinlilərin müqavimət hərəkatı olan HƏMAS-ın terror təşkilatı kimi tanınması təklif edilib. Lakin səsvermə zamanı ABŞ 3\2 səs çoxluğu qazana bilməyib və HƏMAS terror təşkilatları siyahısına salınmayıb.
Beynəlxalq mətbuatın yaydığı xəbərlərə görə, ABŞ-ın nümayəndəsi N.Heyli səsvermədən əvvəl Assambleya üzvlərini hədələyərək bildirib ki, əgər ABŞ-ın təklif etdiyi qətnaməyə səs verməsələr “sizin üçün” pis olacaq. Bu hədəyə baxmayaraq, üzv dövlətlərin əksəriyyəti qətnamənin əleyhinə səs veriblər.
Qeyd edək ki, BMT-nin Təhlükəsizlik Şurasından fərqli olaraq Baş Assambleya qurumun hüquqi bölməsi hesab edilir. Assambleyanın bütün üzvlərinin səsvermə hüququ olsa da, heç birinin veto hüququ yoxdur.


Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Dünya 2018-12-08 14:48:00