×
A
A
A
Sazlamalar

Hindistanda avtobus dərəyə aşıb, azı 11 nəfər həlak olub

Bakı, 8 dekabr, AZƏRTAC

Dekabrın 8-də səhər saatlarında Hindistanın Cammu və Kəşmir ştatında Loran yaşayış məntəqəsindən Punç şəhərinə gedən avtobus yoldan çıxaraq dərəyə aşıb.
AZƏRTAC istinadla xəbər verir ki, “Greater Kashmir” qəzetinin yaydığı məlumata görə, yol-nəqliyyat hadisəsi nəticəsində azı 11 nəfər həlak olub, 19 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralıların 5-nin vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, avtomobil yollarında sıxlıq, yol örtüyünün vəziyyətinin pis olması və sürücülərin intizamsızlığı Hindistanda ağır yol- nəqliyyat hadisələri ilə müşayiət olunur. Rəsmi məlumata əsasən, hər gün qəzalar nəticəsində ölkədə 400 nəfərə qədər, il ərzində isə təxminən 150 min insan həyatını itirir.

Dünya 2018-12-08 11:47:00