Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Türkiyə və ABŞ Suriyanın münaqişə bölgələrində birgə fəaliyyəti davam etdirəcəklər

Ankara, 7 dekabr, AZƏRTAC 

Ankarada keçirilən Türkiyə-ABŞ yüksəkvəzifəli şəxslərdən ibarət İşçi Qrupun üçüncü toplantısı başa çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyin rəsmi saytı məlumat yayıb. Bildirilir ki, hər iki dövlətin xarici işlər və milli müdafiə nazirliklərinin Suriya məsələsi üzrə səlahiyyətli olan vəzifəli şəxslərindən ibarət qrup səmərəli müzakirə aparıb. Tərəflər Suriyanın Münbiç bölgəsində böhranın aradan qaldırılması üçün qəbul etdikləri “yol xəritəsi”nin icrasından razı qalıblar. Suriyanın digər münaqişə bölgələrində birgə hərəkətin vacibliyi ifadə olunub.
İşçi Qrupunun 2019-cu ilin fevral ayına qədər Vaşinqtonda toplanmasına dair razılıq əldə olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2018-12-07 18:57:00