×
A
A
A
Sazlamalar

Tallinn və Helsinki şəhərlərini dənizaltı tunel birləşdirə bilər

Tallinn, 7 dekabr, AZƏRTAC 

Estoniyanın paytaxtı Tallinn və Finlandiyanın paytaxtı Helsinki arasında dənizaltı tunelin tikintisi planı reallaşdırıla bilər.
AZƏRTAC xəbər verir ki, Tallinn-Helsinki tunelinin tikintisi iki ölkənin hökumətlərindən başqa, həm də iş adamlarının diqqətini cəlb edir. Tanınmış iş adamı, “Angry Birds” oyununun yaradıcısı Piter Vesterbak bu layihənin icrası üçün artıq ilk investor şirkət tapdığını bəyan edib. Bu BƏƏ-dən olan “Arja Holding” şirkətidir.
Ərəb şirkəti layihəyə 100 milyon avro sərmayə qoymağa hazırdır. Tunelin tikintisinə, ümumilikdə, 20 milyard avro sərmayə tələb olunur.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn

Dünya 2018-12-07 18:32:00