×
A
A
A
Sazlamalar

Çin Səudiyyə Ərəbistanı üçün orbitə iki peyk çıxarıb

Pekin, 7 dekabr, AZƏRTAC

Çin Səudiyyə Ərəbistanı üçün orbitə iki yeni müşahidə peyki çıxarıb.
AZƏRTAC xəbər verir ki, hər biri 425 kiloqram olan aşağı orbit peyklərini “Long March-2D” daşıyıcı raketi kosmosa çıxarıb. Raket Çinin şimal-qərbindəki Ciuçuan kosmodromundan buraxılıb. İstifadə müddəti 5 il nəzərdə tutulan peyklər vasitəsilə əsasən yer səthinin fotoşəkilləri çəkiləcək.
“Long March-2D” daşıyıcı raketi Səudiyyə Ərəbistanına məxsus iki peykdən başqa, orbitə 10 ədəd mikropeyk də çıxarıb. Hər biri təxminən 10 kiloqram olan mikropeyklər əsasən okeanoqrafiya, ətraf mühitin qorunması, kənd və meşə təsərrüfatı sahələrində elmi araşdırmalar üçün istifadə olunacaq.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2018-12-07 18:27:00