Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İtaliyada yanacaqdoldurma məntəqəsində partlayış baş verib

Roma, 7 dekabr, AZƏRTAC

İtaliyanın Rieti əyalətində yanacaqdoldurma məntəqəsində partlayış baş verib. İki nəfər ölüb, 17 nəfər yaralanıb. Xəsarət alanlardan altısının vəziyyəti ağırdır.
AZƏRTAC xəbər verir ki, partlayış Borqo Kvinçio bölgəsi yaxınlığında günorta saatlarında baş verib.
Hadisə yerinə yeddi yanğınsöndürmə briqadası cəlb edilib. Araşdırma aparılır.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Dünya 2018-12-07 17:54:00