İranda Tələbə Günü qeyd olunur
Tehran, 7 dekabr, AZƏRTAC
Dekabrın 7-də (İran tarixi ilə azər ayının 16-da) İranda Tələbə Günü qeyd olunur.
AZƏRTAC xəbər verir ki, bu gün münasibətilə İranın dövlət və din xadimləri tələbələrlə görüşlər keçirir, müxtəlif tədbirlər təşkil olunur.
Tələbə Gününün qeyd olunması 1953-cü il dekabrın 7-dən başlayıb. Bu tarixdə ABŞ-ın vitse-prezidenti Rikard Niksonun Tehran səfərinə etiraz edən tələbələr şah sarayının qarşısına toplaşmışdılar. Onlar ABŞ-dan İranın daxili işlərinə qarışmamasını tələb edirdilər. Lakin Pəhləvi rejimi tələbə etirazını qəddarlıqla dağıtdı. Polis və şahın xüsusi mühafizə dəstəsi ilə qarşıdurmada 3 tələbə güllələnərək öldürüldü, yüzlərə tələbə həbs edildi. İslam İnqilabından sonra isə həmin tarix İranda Tələbə Günü kimi qeyd olunmağa başladı.
İranın ictimai-siyasi həyatında tələbələr həmişə ön sırada olublar. İslam inqilabında da tələbələr aparıcı rol oynayaraq kütləvi aksiyalarda iştirak ediblər. Onlar şah rejiminin siyasətinə etiraz edərək İranın müstəqil dövlət kimi inkişaf etməsinə çalışıblar.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edəcək
Parisdə İkinci Dünya müharibəsinin partlamamış mərmisi zərərləşdirilib
Parisdə “sarı jiletlər” etiraz aksiyasının üç ayı dinc şəkildə qeyd edilib
Yaponiyada gəmilərin çırpılmasından üç mindən artıq tikili zərər çəkə bilər
Türkiyədə mikroavtobusun aşması nəticəsində 16 nəfər yaralanıb