Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Rusiyada baş verən avtomobil qəzasında altı Tacikistan vətəndaşı ölüb

Düşənbə, 7 dekabr, AZƏRTAC

Rusiyanın Krasnodar vilayətində baş verən avtomobil qəzasında altı Tacikistan vətəndaşı ölüb, dördü yaralanıb.
AZƏRTAC Tacikistanın “Asiya Plyus” agentliyinə istinadla xəbər verir ki, “VAZ-2114” markalı avtomobilin sürücüsü idarəetməni itirərək əks yola çıxıb və təcili yardım maşını ilə toqquşub.
Ölənlərin nəşinin Tacikistana göndərilməsi istiqamətində iş aparılır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə

Dünya 2018-12-07 16:23:00