Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Reuters: OPEC ölkələri hasilatın azaldılması barədə prinsipcə razılığa gəliblər

Vyana, 6 dekabr, AZƏRTAC 

OPEC-ə üzv ölkələr Vyanada keçirilən iclasda hasilatın azaldılmasına dair prinsipcə razılığa gəliblər. Açıq qalan sual hasilatın hansı həcmdə azaldılması və əsas qeyri-OPEC ölkəsi Rusiyanın hasilatın azaldılmasında iştirakı ilə bağlıdır.
Reuters agentliyi xəbər verir ki, gündəlik hasilatın 1 milyon barrel azaldılmasının kifayət edəcəyi qənaətində olan Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih dekabrın 7-də axşamadək qeyri-OPEC ölkələri ilə də razılaşma əldə ediləcəyinə ümidvar olduğunu bildirib.
Agentliyin məlumatında, həmçinin bildirilir ki, Səudiyyə Ərəbistanı Rusiyanı hasilatı gündəlik 250-300 min barrel aşağı salması ilə bağlı danışıqlar aparır.


Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana

Neft - qaz 2018-12-06 20:39:00