Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Şəkidə basketbol üzrə zona birinciliyinin qalibləri müəyyənləşib

Şəki, 6 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Şəki Olimpiya İdman Kompleksində oğlanlardan ibarət komandalar arasında basketbol üzrə zona birinciliyi ev sahiblərinin qələbəsi ilə başa çatıb. Sonrakı yerləri Oğuz və Qax rayonlarının komandaları tutublar.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər Gənclər və İdman İdarəsindən məlumat verilib.
Gənclər və İdman, Təhsil nazirliklərinin, Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq, “Məktəblər arasında respublika çempionatı” çərçivəsində keçirilən zona yarışında 10 şəhər və rayonun – Şəki, Zaqatala, Qax, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Ağsu, Göyçay və Ağdaşın komandaları mübarizə aparıblar. Olimpiya sistemi üzrə keçirilən zona yarışında ilk iki yeri tutan Şəki və Oğuz komandaları respublika birinciliyinin Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

Regionlar 2018-12-06 20:35:00