Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Paytaxtın bir sıra müntəzəm marşrut xətlərində dəyişiklik edilib

Bakı, 6 dekabr, Elvin Camalov, AZƏRTAC

İctimai nəqliyyatda əhaliyə göstərilən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması işləri çərçivəsində bir sıra müntəzəm marşrut xətləri üzrə dəyişikliklər edilib.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib.
Qeyd edilib ki, dəyişikliyə əsasən, 12 və 44 nömrəli müntəzəm marşrut xətləri bir-birini təkrarladığı üçün onların birləşdirilərək bir nömrə (12 nömrə) altında təşkil edilməsinə qərar verilib.
62 və 81 nömrəli müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi “Çinar Trans” MMC-yə həvalə edilib. Qeyd edilən hər iki marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti yenilənmiş avtobuslarla həyata keçiriləcək.
64 nömrəli müntəzəm marşrut xətti üzrə də sərnişindaşıma fəaliyyəti yenilənmiş avtobuslarla həyata keçiriləcək. Bu məqsədlə, xətt üzrə müvəqqəti sərnişindaşıma xidmətinin göstərilməsi “General Avto Company” firmasına həvalə edilib.
88 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidmətinin təşkili isə “BakuBus” MMC-yə həvalə olunub.
Qeyd edilən dəyişikliklər 2019-cu il yanvarın 1-dən tətbiq ediləcək.

Nəqliyyat 2018-12-06 19:31:00