Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Futbol üzrə Azərbaycan kuboku turnirinin dörd oyunu keçirilib

Bakı, 6 dekabr, AZƏRTAC

Dekabrın 6-da futbol üzrə Azərbaycan kubokunun səkkizdəbir final mərhələsinin dörd oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Səbail” klubu Gəncədə şəhər stadionunda “Kəpəz”in, “Sumqayıt” isə Lökbatan Olimpiya stadionunda “Qaradağ Lökbatan”ın qapısından dörd cavabsız top keçirib.
Azərbaycan Premyer Liqasının debütantı “Sabah” Ağsuda eyniadlı komandanı 3:0 hesabı ilə məğlub edib.
Günün sonuncu matçında isə “Keşlə” komandası “Şüvəlan” kollektivinə üç cavabsız qolla qalib gəlib.
Bu nəticədən sonra qalib gələn komandalar dörddəbir finala vəsiqə qazanıblar. “Sumqayıt” dörddəbir finalda “Neftçi” ilə qarşılaşacaq. “Səbail” komandası “Zirə”, “Sabah” kollektivi isə “Qəbələ” ilə üz-üzə gələcək. Dörddəbir finalın digər oyununda isə “Keşlə” və “Qarabağ” klubları qarşılaşacaqlar.

İdman 2018-12-06 19:25:00