×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikasında rabitə və yüksək texnologiyalar sahəsi işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında rabitə və yüksək texnologiyalar sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:

Cəfərov Nazim Kazım oğlu
Rüstəmov Rəşad Keykavuz oğlu
Səfərov Rizvan Ziyanur oğlu.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 dekabr 2018-ci il.

Sərəncamlar 2018-12-05 16:35:00