×
A
A
A
Sazlamalar

Azərbaycan "Batumi Build 2018" sərgisində təmsil olunacaq

Bakı, 4 dekabr, AZƏRTAC
Azərbaycan şirkətləri "Batumi Build 2018" sərgisində iştirak edəcək.
AZƏRTAC sərginin saytına istinadla xəbər verir ki, dekabrın 7-9-da Batumidə VIII Beynəlxalq tikinti materialları və texnologiyalar sərgisi keçiriləcək. Sərgiyə Azərbaycan, Türkiyə, İran, İsrail, Polşa, Ukrayna, Belarus, Rusiya və digər ölkələrin şirkətləri qatılacaq.
Tədbir şirkətlərə geniş çeşidli məhsullarını istehlakçılara təqdim etmək, tikinti və dizayn sahəsində müasir texnologiyaların yenilikləri ilə yaxından tanış olmaq, həmçinin biznes əlaqələri qurmaq üçün ikitərəfli görüşlər keçirmək imkanı verəcək.

Tikinti̇ 2018-12-04 12:07:00