×
A
A
A
Sazlamalar

Paytaxtın toxuculuq sənayesində məhsul istehsalı artıb

Bakı, 1 dekabr, AZƏRTAC
Bu ilin yanvar-oktyabr aylarında paytaxtda toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 114,5 milyon manat dəyərində məhsul istehsal edilib.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə cari ilin on ayında dəri və dəridən məmulatlar, ayaqqabı istehsalında 3,4 dəfə, toxuculuq sənayesində 68,8 faiz artım, geyim istehsalında isə 11 faiz azalma müşahidə olunub.

Sənaye 2018-12-01 12:19:00