×
A
A
A
Sazlamalar

Paytaxtda sənaye məhsulunun 15,4 faizi emal sektorunda istehsal edilib

Bakı, 1 dekabr, AZƏRTAC

Bu ilin yanvar-oktyabr aylarında Bakıda sənaye məhsulunun 15,4 faizi emal sektorunda istehsal olunub.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə emal sektorunda içki istehsalı 7,7 faiz, tütün məmulatlarının istehsalı 75,8 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 68,8 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı 3,4 dəfə, mebeldən başqa ağacın emalı və ağacdan məmulatların istehsalı 18,4 faiz, kağız və karton istehsalı 22,9 faiz, mebel istehsalı 46,9 faiz, zərgərlik məmulatları, musiqi alətləri, idman mallarının və tibb avadanlıqlarının istehsalı 6,5 faiz artıb.
Qeyd edək ki, on ayda paytaxtda 35 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz çox sənaye məhsulu istehsal edilib.

 

Sənaye 2018-12-01 11:21:00