×
A
A
A
Sazlamalar

Bakıda Azərbaycan-Ukrayna işgüzar görüşü keçirilib

Bakı, 28 noyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə noyabrın 28-də Bakıda Azərbaycan-Ukrayna işgüzar görüşü keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, AZPROMO rəhbərinin müşaviri Nəcmin Həsənli Azərbaycanda xarici investorlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib. O, Azərbaycan və Ukrayna iş adamları arasında əlaqələrin genişləndirilməsi məqsədilə təşkil olunan tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb, tədbirdə iştirak edən sahibkarları fəal əməkdaşlığa dəvət edib.
Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko Azərbaycan-Ukrayna iqtisadi əlaqələrinin qarşılıqlı faydalı əməkdaşlığa əsaslandığını vurğulayıb, ölkəsinin biznes imkanlarına dair məlumat verib.
Sonra Azərbaycan ilə Ukraynanın investisiya mühiti və biznes imkanlarına dair təqdimatlar keçirilib.
Tədbirdə hər iki tərəfdən sənaye, tikinti, turizm və sair sahələrdə fəaliyyət göstərən 40-dan çox iş adamı iştirak edib.

Biznes 2018-11-28 18:57:00