×
A
A
A
Sazlamalar

Mərakeş 2017-ci ildə Madrid və Kataloniyadakı məscidlərin hesabına 1,4 milyon avro vəsait köçürüb

Madrid, 22 noyabr, AZƏRTAC 

Mərakeş hökuməti 2017-ci ildə Madrid və Kataloniyada yerləşən bir neçə məscidin və islam assosiasiyalarının maliyyə xərclərinə 1,4 milyon avro həcmində vəsait sərf edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərakeşin islam işləri və vəqflər naziri Əhməd Toufiqi “Efe”yə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, maliyyə yardımı yalnız ibadət ehtiyacları üçün nəzərdə tutulub. Qanuniləşdirilmiş assosiasiyalar vasitəsilə lazımi şəkildə göndərilən bu vəsait daim dindarların istəyi ilə ayrılır.


Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Din 2018-11-22 16:34:00