×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün DÖVLƏT PROQRAMI

1. Giriş

XX əsrin ikinci yarısından etibarən peyk vasitəsilə Yerin məsafədən müşahidəsinə (bundan sonra – peyk müşahidəsi) başlanılması hərbi sahə ilə yanaşı, mülki sahələrdə də (xüsusilə kənd təsərrüfatı, fövqəladə halların və təbii resursların idarə olunması, ətraf mühitin mühafizəsi) geniş imkanlar açmışdır. Son onillikdə müşahidə peyklərinin sayının sürətlə artması sayəsində qabaqcıl və innovativ tətbiqlər vüsət almışdır. Bu baxımdan, elmin ən qabaqcıl nailiyyətlərindən faydalanmaqla, bütün dünya dövlətləri ardıcıl baş verən iqtisadi böhranlar şəraitində belə, daha səmərəli nəticələr əldə etməyə imkan verən kosmik xidmətlərdən, xüsusilə də peyk təsvirlərindən intensiv istifadə etməyə başlamışlar.

Ətraflı:

 

Sərəncamlar 2018-11-15 18:59:00