×
A
A
A
Sazlamalar

"İxrac əməliyyatlarında maliyyə dəstəyi" mövzusunda maarifləndirici təlim təşkil olunacaq

Bakı, 14 noyabr, AZƏRTAC

"Bir Pəncərə" İxraca Dəstək Mərkəzi "Kapital Bank"la birgə noyabrın 21-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) "İxrac əməliyyatlarında maliyyə dəstəyi" mövzusunda maarifləndirici təlim təşkil edəcək.
İİTKM-dən AZƏRTAC-a bildiriblər ki, təlimdə sahibkarlara xarici ticarətdə maliyyə alətlərinin rolu, ixrac zamanı avans ödənişləri, akkreditiv, faktorinq, zəmanətlər, ixrac fəaliyyəti üçün nəzərdə tutulan kreditlər və s. haqqında məlumat veriləcək.
Təlimlə bağlı ətraflı məlumatı http://iqtisadiislahat.org/registration/ saytından əldə etmək mümkündür. İştirak etmək istəyən fiziki və hüquqi şəxslər link vasitəsilə də qeydiyyatdan keçə bilərlər. Tədbir sahibkarlar və biznes nümayəndələri üçün nəzərdə tutulub.

Biznes 2018-11-14 07:21:00