×
A
A
A
Sazlamalar

Türkmənistan qazı TAPI boru kəməri ilə iki il ərzində Pakistana çatdırılacaq

Aşqabad, 14 noyabr, AZƏRTAC

Türkmənistan qazı TAPI boru kəməri ilə iki il ərzində Pakistana çatdırılacaq. 2019-cu ilin birinci yarısında yekun investisiya qərarı qəbul ediləcək, sonra isə tədricən Əfqanıstan, Pakistan və Hindistan ərazisində tikinti yekunlaşacaq.
Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan boru xəttinin (TAPI) ümumi dəyərinin təxminən 7 milyard dollar olduğu qeyd edilir.
1840 kilometr uzunluğunda olan TAPI boru kəməri Türkmənistandan ildə 33 milyard kubmetrədək təbii qaz ixrac etmək üçün nəzərdə tutulub.

İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad

Dünya 2018-11-14 03:14:00