×
A
A
A
Sazlamalar

İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib

Ankara, 13 noyabr, AZƏRTAC 

Türkiyə Hərbi Hava Qüvvələri qırıcılarının İraqın şimalındakı terror məntəqələrini bombalaması nəticəsində 19 terrorçu məhv edilib.
AZƏRTAC xəbər verir ki, hava zərbələri Zap, Hakurk, Kandil, Avaşin-Basyan və Sinat-Haftan bölgələrinə endirilib. Bununla da son dörd gündə İraqın şimalında məhv edilən terrorçuların sayı 57-yə çatıb.
Diyarbəkirin Kocaköy rayonunda isə PKK üzvlərinin hazırladığı 70 kiloqram ağırlığında partlayıcı aşkar olunub. Uzaqdan idarə olunan bomba partladılaraq zərərsizləşdirilib.
Hakkarinin Çukurca rayonunda PKK terrorçularının yol inşaatında çalışan işçilərə silahlı hücumu qeydə alınıb. Üç işçinin yaralandığı bildirilir.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2018-11-13 21:45:00