×
A
A
A
Sazlamalar

“İncəsənət sosial inkişafda vasitə kimi” layihəsinə yekun vurulub

Bakı, 13 noyabr, AZƏRTAC 

Bakıda “Education HUB”ın təşkilatçılığı ilə “İnkişaf zamanı” proqramı çərçivəsində həyata keçirilən “İncəsənət sosial inkişafda vasitə kimi” layihəsinin bağlanış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, layihənin məqsədi sosial məsələlərin həllində incəsənət vasitələrindən istifadə edilməsinin təşviqidir.
Tədbirdə bildirilib ki, erkən nikahların qarşısının alınması üçün “İnkişaf zamanı” proqramı çərçivəsində gənclər tərəfindən maarifləndirici sessiyalar, ətraf mühitin mühafizəsi, sosial şəbəkələrdən səmərəsiz istifadənin zərərləri, kitab oxuma vərdişlərinin aşılanması, nifrət nitqinin qarşısının alınması üçün forum teatrı, uşaq evindən olan məktəblilər üçün intellektual oyunlar təşkil olunub və müxtəlif qısametrajli maarifləndirici filmlər və videoçarxlar hazırlanıb.
Diqqətə çatdırılıb ki, üç ay müddətində həyata keçirilən layihə çərçivəsində, həmçinin Azərbaycanın bölgələrini təmsil edən və müxtəlif universitetlərdə təhsil alan gənclər bir araya gələrək incəsənət vasitələrindən istifadə edərək sosial problemləri işıqlandırıblar.
Tədbirdə layihənin icrasında fərqlənən gənclərə diplomlar təqdim olunub.

Sosial 2018-11-13 19:06:00