×
A
A
A
Sazlamalar

Ağdaşda qanvermə aksiyası keçirilib

Ağdaş, 13 noyabr, AZƏRTAC

Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı noyabrın 13-də Ağdaşda qanvermə aksiyası keçirib. Aksiya talassemiyadan əziyyət çəkən xəstələrin qanla təminatına yardım məqsədi daşıyır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon mərkəzi xəstəxanasında təşkil olunan qanvermə aksiyasında rayon sakinləri, o cümlədən idarə, müəssisə və təşkilatlarının kollektivləri fəallıq göstəriblər.
Səhər saat 9-dan axşam saat 18-dək davam edən aksiya zamanı qan vermək üçün gələnlər hərtərəfli müayinə olunub, 200-dək könüllüdən qan götürülüb.

Regionlar 2018-11-13 18:33:00