×
A
A
A
Sazlamalar

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun əməkdaşlarının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda geologiya və geofizika elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

“Şöhrət” ordeni ilə

Əliyev Adil Abas Əli oğlu

“Tərəqqi” medalı ilə

Abdullayeva Rasimə Rəşid qızı
Biryukova Larisa Nikolayevna
Rzayev Azay Qurbətoviç
Vəliyev Zəki Abdulla oğlu
Vəliyeva Vəsilə Aslan qızı
Zöhrabova Vəcihə Ramazan qızı.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 13 noyabr 2018-ci il.

Sərəncamlar 2018-11-13 18:06:00