×
A
A
A
Sazlamalar

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda geologiya və geofizika elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər:

Kəngərli Tələt Nəsrulla oğlu
Muxtarov Abdulvahab Şərif oğlu.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 13 noyabr 2018-ci il.

Sərəncamlar 2018-11-13 18:04:00