×
A
A
A
Sazlamalar

Respublika Uşaq Kitabxanasında uşaqlar üçün “psixologiya saatı”

Bakı, 13 noyabr, AZƏRTAC

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşları (psixoloqlar) Aynurə Xudanlı və Sevinc Cəfərova 3-10 yaşarası uşaqlar üçün “psixologiya saatı” təşkil ediblər.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, məşğələ zamanı müxtəlif interaktiv psixoloji oyunlar keçirilib, uşaqlarda depressiya, stress, fobiya, özünəinamsızlıq, tənhalıq, kompleks, özünəqapanma və s. kimi psixoloji narahatlıqların aradan qaldırılmasına yönəlmiş psixokorreksiyaedici və inkişafetdirici işlər aparılıb. Həmçinin diqqətin davamlılığını, ünsiyyət və davranış problemlərini öyrənmək istiqamətində müxtəlif intellektual və interaktiv oyunlar da təşkil olunub. Məşğələlər psixoloji oyunlar, mahnılar, səhnəciklər və s. əsasında keçirilib.

Cəmiyyət 2018-11-13 18:03:00