×
A
A
A
Sazlamalar

Şüvəlanda “Şimal” Elektrik Stansiyasının ərazisində ehtiyatda olan transformatorda yanğın baş verib

Bakı, 13 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində “Şimal” Elektrik Stansiyasının ərazisində ehtiyatda olan transformatorda yanğının baş verməsi barədə məlumat daxil olub.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri dərhal əraziyə cəlb olunub. Həyata keçirilmiş operativ tədbirlər nəticəsində yanğın söndürülüb.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və nazirliyin digər rəhbər şəxsləri yanğınla əlaqədar hadisə yerinə gəliblər.

Hadisə 2018-11-13 17:57:00