×
A
A
A
Sazlamalar

Nizami rayonunda “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək məktəblilərlə görüş keçirilib

Bakı, 13 noyabr, AZƏRTAC

Noyabrın 13-də Nizami Rayon İcra Hakimiyyətində “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək məktəblilərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə icra hakimiyyətinin foyesində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, əziz xatirəsi yad edilib.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov xalqımızın gələcəyi olan uşaqlara göstərilən dövlət qayğısından, gənc nəslin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söz açıb. A.Qasımov qeyd edib ki, turun keçirilməsində əsas məqsəd gənc nəslin Vətənə, tariximizə, mədəniyyətimizə, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsidir. A.Qasımov Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri üçün artıq 10-cu dəfədir “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası təşkil edildiyini və dörd il ərzində Nizami rayonunun məktəblilərinin Naxçıvan şəhərində olduqlarını, Şamaxı-İsmayıllı-Qəbələ və Lənkəran-Masallı-Astara istiqamətləri üzrə şəhər və rayonlarımıza səfər etdiklərini, həmin yerlərin tarixi abidələri, mədəni və görməli yerləri ilə tanış olduqlarını və böyük təəssüratlarla geri qayıtdıqlarını diqqətə çatdırıb. Növbəti 10-cu tur-aksiyasının Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə təşkil edildiyini söyləyən rayon rəhbəri məktəblilər arasında biliyi və istedadı ilə seçilən 40 nümunəvi şagirdin noyabr ayının 14-dən 17-dək Gəncə, Şəmkir və Göygölə səfər edəcəyini bildirib.
Sonra çıxış edənlər “Ölkəmizi tanıyaq” tur-aksiyasının əhəmiyyətindən danışıb, layihənin məktəblilərə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu bildiriblər. Qeyd edilib ki, belə tədbirlər şagirdlərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq.

Cəmiyyət 2018-11-13 17:43:00